"Bundesbank" sədri Yoahim Nagel Avropa Mərkəzi Bankının faiz dərəcələrini azaltma qərarının vaxtından əvvəl deyil, inflyasiyanın azalmasından sonra atılan məntiqli addım olduğunu bildirib.
Fins.az xəbər verir ki, Nagel, ECB-nin avtopilotda olmadığını və azalmaya baxmayaraq hələ də məhdudlaşdırıcı monetar siyasətə sadiq olduğunu da vurğulayıb.
Litva Mərkəzi Bankının sədi Gediminas Simkus da bildirib ki, iqtisadiyyat proqnozlaşdırıldığı kimi inkişaf edərsə, Avropa Mərkəzi Bankının bu il yenidən monetar siyasəti yumşaltmaq üçün yeri olacaq.
Simkus onu da vurğulayıb ki, maaş artımının yüksək olaraq qalmasına baxmayaraq, göstəricilər önümüzdəki aylarda bir yavaşlamaya işarə edir və məlumatlar ümumi qiymət artımının ECB-nin 2% hədəfinə doğru irəlilədiyini açıq şəkildə göstərir.