DÜNYA

07 İyun

Qlobal bazarlarda bütün diqqətlər ABŞ-ın əmək bazarı hesabtına yönəlib

Səhmlər və istiqrazlardakı artım ABŞ-da əmək bazarı, xüsusilə də Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayına (NFP) dair məlumatların dərcindən əvvəl bir qədər səngiyib.

Fins.az xəbər verir ki, rekord səviyyələrə yaxın olan ABŞ indeksləri "SP 500" və "Nasdaq" cümə axşamı cüzi itkilərlə bağlanıb. İki indeksin fyuçersləri üfüqi tendensiya sərgiləyir.

ABŞ istiqrazlarının gəlirliliyi bütün ödəmə müddətləri üzrə bir qədər artarkən, 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 1 baza bəndi artaraq 4.297%-lə alınıb.

Asiya - Sakit Okeaniya indekslərində də mülayim hərəkətlər müşahidə olunub. "MSCI" Asiya - Sakit Okean indeksi sabit qalarkən, Yaponiya və Çin indeksləri zəif bir istiqamət nümayiş etdirdi.