ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göstərə bilər.
Fins.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən bildirib.
Yeni paketə HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxil ola bilər. Rəsmilər, həmçinin bildiriblər ki, bura “Hawk” hava hücumundan müdafiə raketləri, “Stinger” yer-hava raket kompleksləri, “Javelin” tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular, patrul katerləri, söküntü materialları və ehtiyat hissələri daxil olacaq.