DÜNYA

06 İyun

Bu il Türkiyədə törədilən qəza sayı 235 min 153 olub

2024-cü ilin mart ayında Türkiyədə baş verən ümumi qəza sayı 50 min 484 olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Polis İdarəsi məlumat verib.

Məlumata görə, may ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 43 min 786, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 698 olub.

Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 21 min 981, vəfat edənlərin sayı isə 197 nəfər təşkil edib..

Yanvar-may aylarında Türkiyədə törədilən qəza sayı 235 min 153 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 204 min 214, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 30 min 939 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 95 min 604, vəfat edənlərin sayı isə 862 nəfər təşkil edib.

Fuad Mədətov
Fins.az