DÜNYA

04 İyun

Avrozonada illik inflyasiya 2.4%-dən 2.6%-ə qədər yüksəlib

“Eurostat”-ın verdiyi məlumata əsasən, ilkin hesablamalara görə, Avrozonada illik inflyasiya aprel ayı ilə müqayisədə may ayında 2.4%-dən 2.6%-ə qədər yüksəlib.

Fins.az xəbər verir ki, analitiklər may ayında inflyasiyanın 2.5%-ə təşkil edəcəyini proqnozlaşdırmışdılar.

Aylıq ifadədə Avrozonada istehlak qiymətləri, ilkin hesablamalara görə, 0.2% artıblar.

Hesabat dövründə illik baza inflyasiyası 2.7%-dən 2.9%-ə qədər artıb. Dərc olunan göstərici ekspertlərin proqnozları ilə üst-üstə düşüb.

Ən yüksək illik inflyasiya Belçikada (4.9%), ən aşağı göstərici isə Latviyada (0.2%) qeydə alınıb.