Türkiyə Statistika Təşkilatı (TÜİK) bu ilin birinci rübünün (yanvar, fevral, mart) ümumi daxili məhsul (ÜDM) nəticələrini açıqlayıb
Fins.az xəbər verir ki, müvafiq olaraq, ÜDM 2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə 5,7 faiz artıb.
2024-cü ilin birinci rübündə əvvəlki illə müqayisədə tikinti 11,1, informasiya və rabitə 5,5, sənaye 4,9, kənd təsərrüfatı 4,6, daşınmaz əmlak fəaliyyəti 2,5, maliyyə sığorta fəaliyyəti isə 2 faiz artıb.
Bu hesabla Türkiyə iqtisadiyyatı 15 rüb ardıcıl olaraq inkişaf edib.