Moldova və Ukrayna ilin sonunda Qazprom PJSC ilə tranzit müqaviləsinin müddəti bitdikdən sonra Rusiyayönlü Dnestryanı anklavına təbii qazın axmasını saxlamaq üçün qeyri-rəsmi razılığa gəliblər.
Fins.az xəbər verir ki, Moldovanın energetika naziri Viktor Parlicov müsahibəsində deyib ki, ilkin razılaşmaya əsasən, Türkiyə üzərindən yeni marşrut Rusiya qazının Ukrayna ilə sərhəddə, Moldovanın şərqindəki separatçı bölgə olan Dnestryanıya çatdırılması üçün əlverişli variantdır. Ukrayna 2025-ci il yanvarın 1-dən öz ərazisini Rusiya qazının tranziti üçün bağlayır.
Kaira Agayeva
Fins.az