DÜNYA

29 May

Ermənistanda dövlət borcu əsasən dövlət istiqrazları hesabına artıb

Bu il aprelin 1-nə Ermənistanın dövlət borcu illik müqayisədə 15 % çox olub.

Fins.az-ın məlumatına görə, bunu Avrasiya İqtisadi Komissiyasının açıqladığı statistik göstəricilər göstərir.

Komissiyanın təhlilinə görə, Ermənistanda dövlət borcu əsasən dövlət istiqrazları hesabına artıb və mütləq ifadədə 12,1 milyard ABŞ dollarına çatıb.

Rəqəm təkcə hökumətin deyil, həm də Ermənistan Mərkəzi Bankının borcu nəzərə alınmaqla verilib.

Fuad Mədətov
Fins.az