Verilən məlumatlara əsasən, ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) aprel ayı ilə müqayisədə may ayında 51.3 bənd səviyyəsindən 54.8 bənd səviyyəsinə qədər artıb.
Fins.az xəbər verir ki, analitiklər göstəricinin 51.2 bənd səviyyəsinə qədər enəcəyini proqnozlaşdırmışdılar.
Həmçinin, ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) may ayında 50 bənddən 50.9 bəndədək, Kompozit PMI isə 51.3 bənddən 54.4 bəndədək yüksəlib. Ekspertlər göstəricilərin müvafiq olaraq 50 bənd və 51.1 bənd təşkil edəcəklərini ehtimal edirdilər.