DÜNYA

24 May

Almaniyanın ÜDM-in birinci rübdə illik 0.2% azalıb

Almaniyanın Federal Statistika Bürosunun (Destatis) məlumatına əsasən, Avropanın ən böyük iqtisadiyyatı olan ölkənin ÜDM-i, yekun hesablamaya görə, 2024-cü ilin birinci rübündə, mövsümi düzəlişlər nəzərə alınmaqla, illik ifadədə 0.2% azalıb.

Fins.az xəbər verir ki, göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Ötən ilin dördüncü rübündə də ÜDM-də 0.2%-lik zəifləmə müşahidə olunub. Beləliklə, formal olaraq, Almaniya iqtisadiyyatı tənəzzül dövründədir (ÜDM iki rüb ardıcıl olaraq azalır). Ötən ilin üçüncü rübündə sıfır dinamika müşahidə olunurdu.

Rüblük olaraq, mövsümi düzəlişlər nəzərə alınmaqla, ÜDM göstəricisi dördüncü rübdə 0.5% azalma ilə dərc olunduqdan sonra, 0.2%-lik artdım sərgiləyir. Göstərici ekspertlərin proqnozlarını təklayıb.

Eyni zamanda, mövsümi düzəlişlər nəzərə alınmadan, birinci rübdə ölkənin ÜDM-i illik ifadədə 0.9% azalıb ki, bu da eniş tendensiyası olan ardıcıl dördüncü rübdür. Belə ki, ötən ilin dördüncü rübündə azalma 0.4%, üçüncü rübdə 0.5%, ikinci rübdə 0.3% olub, 2023-cü ilin birinci rübündə isə ÜDM 0.5% artıb.