DÜNYA

24 May

Yaponiyada illik inflyasiya 2.5%-ə qədər azalıb

Yaponiyada İstehlak Qiymətləri İndeksi öncəki ay illik ifadədə 2.7% artdıqdan sonra, aprel ayında 2.5% artıb. Bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin Statistika İdarəsinin açıqlamasında deyilib.

Fins.az xəbər verir ki, aprel ayında istehlak qiymətləri mart ayı ilə müqayisədə 0.4% artıblar.

Ölkə üzrə tez xarab olan ərzaq məhsullarının maya dəyəri nəzərə alınmadan hesablanan əsas istehlak qiymətləri illik ifadədə 2.2% artıb ki, bu da analitiklərin proqnozu ilə üst-üstə düşüb. Mart ayında isə 2.6%-lik artım qeydə alınıb. Ay ərzində İstehlak Qiymətlərinin Baza İndeksi mart ayında olduğu kimi 0.3% artıb.