DÜNYA

24 May

ABŞ-da yeni mənzillərin satışları 634 minə enib

ABŞ-ın Ticarət Departamentinin Siyahıyaalma Bürosunun məlumatına əsasən, aprel ayında ölkədə yeni evlərin satışı mart ayı ilə müqayisədə 4.7% azalaraq 634 minə enib.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin 693 mindən 665 minə yenilənmiş mart nəticələri ilə müqayisədə 680 minə enəcəyini proqnozlaşdırmışdılar.

Ötən ilin aprel ayı ilə müqayisədə yeni evlərin satışları 7.7% azalıb.