DÜNYA

20 May

Bu həftə investorlar rəsmilərin çıxışını gözləyəcəklər

İnvestorlar bu həftə çərşənbə axşamı günü ABŞ maliyyə naziri Cennet Yellenin, İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin çərşənbə axşamı və çərşənbə günü Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqardın, cümə axşamı günü Yeni Zellandiya Mərkəzi Bankının (RBNZ) sədri Adriyan Orrun və nahayət cümə günü İsveçrə Mərkəzi Bankının (SNB) sədri Tomas Cordanın çıxışlarında qiymət təzyiqlərinin nəhayət azalıb azalmadığına dair hər hansı bir əlamət axtaracaqlar.

Fins.az xəbər verir ki, ötən həftə Amerikada inflyasiyanın zəifləməsi FED-in nəhayət senyabr ayında ilk faiz endirimini reallaşdırıcağına dair ehtimalları 75%-ə qədər artırdıqdan sonra, bu həftə analoji addımların digər mərkəzi banklar tərəfindən nə vaxt atılacağına dair veriləcək mesajlar birjalarda tendensiyaların gedişində həlledici rol oynaya bilər.

Cari həftə ərzində Amerikada dərc olunacaq mənzil bazarında satışların həcmi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (Səmaye PMİ) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (Xidmət PMİ) kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Bazar iştirakçıları həmçinin çərşənbə günü FOMC-un son toplantısının dərc olunacaq protokollarında Amerikada monetar siyasətin gələcəyinə dair ipucları arayacaqlar.