Argentina prezidenti Xavyer Milei mayın sonunda Meta Platforms Inc.-in baş direktoru Mark Zukerberq və texnologiya nəhənglərinin digər liderləri ilə Silikon Vadisində görüşməyi planlaşdırır.
Fins.az xəbər verir ki, prezidentin San-Fransiskodakı missiyasına texnologiya sənayesindəki digər şirkətlər arasında Apple Inc., OpenAI Inc. Alphabet Inc.-in Google nümayəndələri ilə görüşlər daxil olacaq. Missiyada Argentinanın ABŞ-dakı səfiri Gerardo Verthein iştirak edəcək.