ABŞ sanksiyalar siyahısına daha 37 Çin şirkətini əlavə edib
Fins.az xəbər verir ki, ABŞ kvant və nüvə enerjisi texnologiyaları və pilotsuz aviasiya sahələrində fəaliyyət göstərən 37 Çin şirkətini ixrac nəzarətinin tətbiq ediləcəyi "müəssisə siyahısı"na daxil etdiyini bildirib.
Bəyanatda bu şirkətlərdən bəzilərinin də Çinin nüvə proqramları ilə əlaqəli olduğu və “Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bəzi nəzarət edilən materialları bu ölkəyə ötürdükləri” qeyd edilib.