Litvada dünən keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.
Fins.az xəbər verir ki, namizədlərdən heç biri 50 faizlik həddi keçə bilməyib. Hazırki Prezident Qitanas Nauseda 46,08 % səs toplaya bilib. Digər ən çox seçici etimadı qazanan namizəd İnqrida Şimonitedir. O, seçicilərin 16,48 %-nin etimadını qazana bilib.