Avrozonada inflyasiya 2025-ci ildə 2%-ə qayıtmaq yolundadır. Aprel ayı toplantısınını protokollarına əsasən, Avropa Mərkəzi Bankının rəsmiləri iyun ayında faiz dərəcələrini azaltmağa hazır olacaqlar.
Fins.az xəbər verir ki, Avropa Mərkəzi Bankı aprel ayında faiz dərəcələrinin səviyyəsini dəyişməsə də, inflyasiyanın yavaşlaması fonunda borclanma xərclərinin azaldılmasının mümkünlüyü barədə daha aydın siqnal verərək, bunun çox güman ki, iyunun 6-da baş verəcəyini qeyd etdilər.
"Əldə edilən əlavə məlumatlar mart ayı proqnozlarında əks olunan orta müddətli inflyasiya proqnozunu təsdiqləyərsə, İdarəetmə Şurasının iyun toplantısında məhdudlaşdırıcı monetar siyasətini yumşaltmağa başlaya biləcəyi ehtimal edilir." - AMB-nin 10-11 aprel tarixli toplantı protokollarında deyilir.
Ekspertlər 2024-cü ildə 3 dəfə faiz endirimi proqnozunu verirlər, yəni iyun ayından sonra iki dəfə - AMB-nin yeni iqtisadi proqnozlar açıqlayacağı sentyabr və dekabr aylarında.
Avrozona inflyasiyası aprel ayında 2.4% səviyyəsində qaldı və ehtimal olunur ki, il sonuna kimi qeyd olunan səviyyənin ətrafında qalacaq, 2025-ci ildə isə tənzimləyici qurumun 2%-lik hədəfinə qayıdacaq.