Böyük Britaniyanın Milli Statistika İdarəsinin verdiyi məlumata əsasən, ölkədə sənaye sektorunda istehsal həcmi fevral ayı ilə müqayisədə mart ayında 0.2% artıb.
Fins.az xəbər verir ki, analitiklər, əksinə, göstəricinin aylıq ifadədə 0.5% azalacağını proqnozlaşdırmışdılar.
İllik ifadədə sənaye istehsalı həcminin 0.3% artacağı ehtimal olunsa da, artım 0.5% təşkil edib.
Qeyd etmək lazımdır ki, fevral ayında Böyük Britaniyada sənaye istehsalı həm aylıq ifadədə, həmdə illik ifadədə 1% artıb.
Böyük Britaniyanın emal sənayesi sektorunda istehsal həcmi aylıq ifadədə mart ayında 0.5%-lik azalma proqnozunun əksinə, 0.3% artıb. İllik ifadədə göstəricinin 1.8% artacağı ehtimal olunsa da, 2.3%-lik artım olub.