DÜNYA

10 May

Türkiyədə işsizlik nisbəti 2024-cü ilin mart ayında

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin mart ayı üçün işçi qüvvəsi statistikasını açıqlayıb

Fins.az xəbər verir ki, Türkiyədə işsizlik nisbəti 2024-cü ilin mart ayında fevralla müqayisədə 0,1 bal azalaraq 8,6 faizə çatıb.

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin mart ayı üçün işçi qüvvəsi statistikasını açıqlayıb. Buna əsasən, işsizlərin sayı mart ayında bir əvvəlki aya görə 19 min nəfər azalaraq 3 milyon 57 min nəfərə olub. Beləliklə, işsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,6 faiz təşkil edib.