DÜNYA

10 May

ABŞ-ın 10 illik gəlirliliyi 4,46 % təşkil edib

FED-in açıqlamalarına baxmayaraq, bu il birjalarda faiz endirimi gözləntiləri yüksəlib.

Fins.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın SP 500 indeksi aprelin əvvəlindən bu yana ən yüksək səviyyəyə qalxıb və yenidən 5200 bəndi keçib. “Apple”ın bu il öz prosessorları ilə təchiz olunmuş məlumat mərkəzi tərəfindən dəstəklənən bəzi süni intellekt məhsullarını elan edəcək ki,  bu da səhmlərin rallisinə təsir edib. SP 500 yeni rekorddan 1 faizdən az geri qalır.

ABŞ fond fyuçersləri səhər saatlarında sabit qalıb. Asiya Sakit Okean indeksləri də yüksəlib. Honq-Konqun Hang Seng sentyabrdan bəri ən yüksək səviyyəsini sınaqdan keçirib.

ABŞ prezidenti Co Baydenin yeni tarifləri elan etməyə hazırlaşdığı xəbəri ilə Çin indeksləri mənfi istiqamətdə dəyişib. “Bloomberg” Dollar İndeksi 1254 bənd səviyyəsində sabitdir. ABŞ-ın 10 illik gəlirliliyi çox az dəyişərək 4,46 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az