DÜNYA

10 May

Dünya əhalisinin 92 faizi 65 yaşına çatmır...

Planetimizdə 7,8 milyard insan yaşayır. Onlardan 60 faizi Asiyada, 15 faizi Afrikada, 11 faizi Avropada, 9 faizi Cənubi Amerikada, 5 faizi Şimali Amerikada yerləşib. Əhalinin 51 faizi şəhərlərdə, 49 faizi isə kəndlərdə məskunlaşıb. 7,8 milyard insanın çoxu – 62 faizi ana dilində, 12 faizi Çin dilində, 5 faizi ispan və ingilis dillərində, 3 faizi ərəb, hind, benqal və portuqal dillərində, 2 faizi isə rus, yapon və s. dillərdə danışır.

Fins.az xəbər verir ki, dünya əhalisinin 23 fa­izinin yaşamağa mənzili yoxdur. Planet sakinlərinin 15 faizi pis qidalanır, böyük əksəriyyətin ərzaq ilə bağlı problemi yox­dur. İnsanların 48 faizinin gündəlik ya­şayış xərcləri 2 ABŞ dollarından azdır. Adamların 13 faizi təmiz suya həsrətdir. 

Dünya insanlarının 75 faizinin mobil telefonu var. Cəmi 30 faizinin internetə çıxışı var. Planet sakinlərinin yalnız 83 faizi yazıb-oxuya bilir. Bütün insanların cəmi 7 faizi ali təhsil alıb.

Dünya əhalisinin 33 faizi xristian, 22 faizi müsəlman, 14 faizi hindu, 7 faizi buddist, 12 faizi digər dinlərə mənsubdur. 12 faiz insanın isə dini inancı yoxdur.

Qoca dünyada ölüm cavanlaşır. Belə ki, əhalinin 26 faizi 14 ildən az yaşayır, 66 faizi 15-64 yaş arasında dünyasını dəyişir, 8 faizi isə 65 yaşdan çox yaşayır. Deməli, dünya əhalisinin 92 faizi 65 yaşı­na çatmadan vəfat edir. 

 

 

© xalq qazeti