Azərbaycana sərmayələrimizi artırmağa, Azərbaycanın infrastrukturunun, xüsusilə də işğaldan azad edilmiş ərazilərinin inkişafına yönəlmiş bütün layihələrə töhfə verməyə hazırıq.
Fins.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) imzalanma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, investisiyalara nəzər saldıqda, Türkiyənin Azərbaycana yatırdığı investisiyalar 13 milyard dollar səviyyəsinə çatıb:
"Azərbaycanın ölkəmizə qoyduğu investisiyaların həcmi 21 milyard dollar səviyyəsindədir. Podratçılarımız Azərbaycanda 19,3 milyard dollarlıq 526 layihə həyata keçirib".
Fuad Mədətov
Fins.az