DÜNYA

08 May

Qazaxıstan yayın sonuna qədər şəkər ixracına qadağa qoyur

Qazaxıstan yayın sonuna qədər şəkər ixracına qadağa qoyur.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bu tədbir qarşıdan gələn yay mövsümündə qazaxıstanlıların şəkərə olan tələbatını tam ödəməyə imkan verəcək.

Yaxın vaxtlarda Qazaxıstan tərəfi ilin sonuna kimi Rusiya şəkərinin tədarükü üçün kvotanı daha 100 min ton artırmaq üçün rusiyalı həmkarları ilə danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, Qazaxıstanda anbarlardakı şəkər ehtiyatlarının qalığı və idxalın həcmi təqribən 256 min ton təşkil edir ki, bu da ölkənin illik ehtiyacının yarısına (500-550 min ton) bərabərdir.

Xatırladaq ki, 4 may tarixində Rusiya hökuməti şəkər ixracını müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb. Müvafiq olaraq, 31 avqust 2024-cü il tarixinədək şəkər ixracına qadağa qoyulsa da, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistana ixraca müəyyən miqdarda güzəştlər edilib.

Fuad Mədətov
Fins.az