DÜNYA

09 May

İsraillə ticarətin dayandırılmasının Türkiyəyə heç bir mənfi təsiri olmayacaq - TTD-nin İdarə Heyətinin sədri

Türkiyənin toxum sənayesində nə İsraildən, nə də başqa bir ölkədən asılılığı yoxdur.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Toxumçular Dərnəyi İdarə Heyətinin sədri Hacı Ömər Gülər bildirib.

Onun sözlərinə görə, toxum sənayesi olaraq İsraillə ticarətin dayandırılmasının Türkiyəyə heç bir mənfi təsiri olmayacaq:

"Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq dünyanın ən böyük istehsalçı və ixracatçılarından biri olan ölkəmiz toxumları hər bir ölkəyə satır və ixrac etdiyi bazarların tələb müxtəlifliyinə və azad bazar tələblərinə uyğun olaraq son ixrac məhsullarına çevirmək üçün toxumları idxal edir”.

Sədr vurğulayıb ki, 2017-ci ildən 2021-ci ilə qədər İsraildən toxum idxalı 5 faiz olduğu halda bu nisbət 2022-ci ildə 2,51 faiz, keçən il isə 1,96 faizə enib.

Qeyd edək ki, 2 may tarixində Türkiyə İsraillə ticarət əlaqələrini tamamilə dayandırıb.

Fuad Mədətov
Fins.az