DÜNYA

08 May

Nil Kaşkari: "FED faiz dərəcələrini uzun müddət eyni səviyyədə saxlaya bilər"

Minneapolis FED sədri Nil Kaşkari, mərkəzi bank rəsmilərinin inflyasiyanın məqsədlərinə doğru irəlilədiyinə əmin olana qədər faiz dərəcələrini "uzun müddət" olduqları yerdə saxlayacaqlarını qeyd edib.

Fins.az xəbər verir ki,çərşənbə axşamı dərc olunan məqalədə Kaşkari bildirib ki, son məlumatlar pul-kredit siyasətinin inflyasiyanın 2%-ə qaytarılması üçün kifayət qədər məhdudlaşdırıcı olub-olmaması ilə bağlı suallar doğurur. “Ən çox ehtimal olunan ssenari, faiz dərəcələrini uzun müddət bu səviyyədə saxlamaqdır” - deyən Kaşkari, - “İnflyasiya yenidən düşməyə başlayarsa və ya əmək bazarında əhəmiyyətli bir zəifləmə görsək, bu, bizim faiz dərəcələrini aşağı salmağımıza səbəb ola bilər” - deyə əlavə edib.

Minneapolis FED sədri əks ssenaridə inflyasiya 3% səviyyəsində qərarlaşarsa, zərurət yaranarsa, faiz dərəcələrinin artırıla biləcəyini, lakin bunun ən çox ehtimal olunan ssenari olmadığını bildirib. Faiz artımı barının çox yüksək olduğunu bildirən FED rəsmisi bu ehtimalı da istisna etmədiyini qeyd edib.