DÜNYA

08 May

Öncü Keçəli Qəzzadakı son vəziyyəti qiymətləndirib

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi internet səhifəsində etdiyi paylaşımda Qəzzada baş verən son hadisələri qiymətləndirib.

Fins.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib: "Rəfəha qarşı əməliyyat təkcə bölgəyə deyil, bütün dünyaya təsir edəcək. İsrailin Rəfah sərhəd-keçid məntəqəsinin Qəzzakı hissəsindən dərhal geri çəkilməsi böyük əhəmiyyət kəsb edir''.

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi internet səhifəsində etdiyi paylaşımda Qəzzada baş verən son hadisələri qiymətləndirib.

Öncü Keçəli paylaşımında bu ifadələrə yer verib: “Biz Fələstin tərəfinin Qəzzada atəşkəsin təmin edilməsi, əsirlərin qarşılıqlı olaraq azad edilməsi ilə bağlı son təklifi qəbul etməsini alqışlayırıq. Qəzzada dağıntı və qətliamın sona çatması istiqamətində bu qədər müsbət irəliləyiş olsa da, İsrailin Rəfaha hücumlarını artırması Netanyahu administrasiyasının vicdanlı davranmadığını bir daha sübut etdi. Rəfaha qarşı əməliyyat təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrailin Rəfah sərhəd-keçid məntəqəsinin Qəzzakı hissəsindən dərhal geri çəkilməsi böyük əhəmiyyət kəsb edir. Status-kvo tez bir zamanda Rəfahda və sərhəd-keçid məntəqəsində bərpa edilməlidir''.