Con Svinni Şotlandiyanın yeni regional baş naziri seçilib.
Fins.az xəbər verir ki, Həmzə Yusifin vəzifəsindən istefa verməsindən sonra parlamentdə səsvermə keçirilib.
2000-2004-cü illər arasında keçmiş baş nazirin müavini olan Svinni Holyroodda keçirilən səsvermədə 64 səslə lider olub. Səsvermədə iştirak edən digər üç namizəd Duqlas Ross 31, Anas Sarvar 22 və Aleks Koul-Hamilton 4 səs toplayıb. Svinninin sabah İngiltərə kralı III Çarlza sədaqət andı içdikdən sonra vəzifəsinə rəsmən başlayacağı gözlənilir.