Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti olan “Saudi Aramco”-nun birinci rübdə xalis mənfəəti ötən il ilə müqayisədə 14.4% azalaraq, 31.9 milyard dollardan 27.3 milyard dollara qədər enib. Bu barədə şirkətin açıqlamasında məlumat verilib.
Fins.az xəbər verir ki, şirkətin sərbəst pul axını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26.3% azalaraq 22.8 milyard dollar təşkil edib. Eyni zamanda, birinci rübdə investisiyaların həcmi bir il əvvəlki 8.7 milyard dollar ilə müqayisədə 10.8 milyard dollar təşkil edib.