Avstraliya Mərkəzi Bankı, inflyasiyanın tənzimləyici qurumun ehtimal etdiyindən daha yavaş bir sürətlə düşdüyünü qeyd edərək, çərşənbə axşamı faiz dərəcələrini ardıcıl dördüncü toplantıda da sabit saxlayıb.
Fins.az xəbər verir ki, Mərkəzi Bank əsas faiz dərəcəsini son 12 ilin ən yüksək həddi olan 4.35% səviyyəsində saxlamağa davam edir.
Bununla belə, tənzimləyici qurum, bəzi iqtisadçıların ehtimal etdiyi kimi, monetar siyasətin daha da sərtləşdiriləcəyinə dair mesajlar vermədi.