DÜNYA

06 May

ABŞ-da işsizlik səviyyəsi 3.9%-ə yüksəldi

ABŞ-ın Əmək Nazirliyinin məlumatına əsasən, ölkədə mart ayı ilə müqayisədə aprel ayında işsizlik səviyyəsi 3.8%-dan 3.9%-ə qədər yüksəlib, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı isə 175 min artıb.

Fins.az xəbər verir ki, analitiklər fikrincə, işsizlik səviyyəsi 3.8% olaraq qalacaq, ölkə iqtisadiyyatının qeyri-kənd təsərrüfatı sektorlarında yeni iş yerlərinin sayı isə 243 min artacaq.

Eyni zamanda, nazirlik mart ayı üçün Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricisini yeniləyib - 303 mindən 315 minə qədər.

Həmçinin bildirilir ki, aprel ayında ölkədə orta saatlıq gəlirlər aylıq ifadədə 0.2% və ya 0.07$ artaraq 34.75$, illik ifadədə isə artım 3.9% təşkil edib.