ABŞ-ın Əmək Nazirliyinin məlumatına əsasən, ölkədə aprel ayında Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) 175 min artıb.
Fins.az xəbər verir ki, ekspertlər göstəricinin 238 min artacağını ehtimal edirdilər. Eyni zamanda, nazirlik fevral ayı üçün NFP göstəricisini yeniləyib - 303 mindən 315 minə. Həmçinin ABŞ-da işsizlik səviyyəsi mart ayı ilə müqayisədə aprel ayında 3.8%-dən 3.9%-ə qədər artıb.