Böyük Britaniyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi aprel ayında 55.0 bəndədək yüksəlib. Bu barədə “SP Global” yekun məlumatları verib. Qeyd etmək lazımdır ki, aprel ayının rəqəmləri 2023-cü ilin may ayından bəri ən yüksək nəticələrdir.
Fins.az xəbər verir ki, analitiklər göstəricinin 53.1 bənd səviyyəsindən 54.9 bənd səviyyəsinə qədər artacağını ehtimal edirdilər.
Həmçinin aprel ayında Böyük Britaniyanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi 54 bənd proqnozlaşdırıldığı halda, 52.8 bənd səviyyəsindən 54.1 bənd səviyyəsinə qədər yüksəldi.