DÜNYA

06 May

Türkiyədə inflyasiya yüksək səviyyəyə çatıb

Türkiyədə istehlak qiymətlərinin artım tempi aprel ayında yenidən sürətlənib və 2022-ci ilin noyabr ayından etibarən yeni maksimuma çatıb.

Fins.az xəbər verir ki, ölkənin Statistika İnstitutunun (TÜİK) hesabatında bildirilir ki, inflyasiya mart ayında 68.5%-dən 69.8%-ə qədər artıb.

Analitiklərin proqnozu inflyasiyanın daha da əhəmiyyətli artımını nəzərdə tuturdu - illik ifadədə 70.33%-ə qədər.

Türkiyədə ötən ay kommunal xidmətlərin dəyəri illik ifadədə 55.55%, nəqliyyatın isə 80.39% artıb. Ərzaq 68.5%, geyim və ayaqqabı 51.2%, spirt və tütün məmulatları 78.53%, mebel və məişət texnikası 67.88%, kafe və restoranlarda qiymətlər 95.82 artıblar.

Ərzaq, enerji, alkoqol, tütün və qızılın xərclərini nəzərə almayan baza inflyasiyası aprel ayında 75.21%-dən 75.81%-ə yüksəlib.

Türkiyədə istehlak qiymətlərindəki artım aylıq ifadədə mart ayı ilə müqayisədə aprel ayında 3.16%-dən 3.18% qədər artıb.

Ölkədə istehsalçı qiymətləri (ÜFE) ötən ay illik ifadədə 55.66%, aylıq ifadədə isə 3.6% artıb. Martda qiymətlər müvafiq olaraq 51.47% və 3.29% artmışdı.