DÜNYA

03 May

ABŞ-ın ticarət saldosunda kəsr artıb

ABŞ-ın Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun press-relizinə əsasən, fevral ayı ilə müqayisədə mart ayında ölkənin ticarət saldosunda kəsr  0.1 milyard dollar və ya 0.1% artaraq -69.4 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, analitiklər, hesabat ayında ticarət kəsirinin 69.5 milyard dollar səviyyəsində açıqlanacağını proqnozlaşdırmışdılar.

Mart ayında ABŞ-ın ixracı 2% və ya 5.3 milyard dollar azalaraq 257.6 milyard dollara enib. İdxal 1.6% və ya 5.4 milyard dollar azalaraq 327 milyard dollar olub.

Mart ayında ABŞ-ın məhsullar üzrə xarici ticarət kəsiri fevral ayı ilə müqayisədə 0.8 milyard dollar artaraq 92.5 milyard dollara, xidmətlər üzrə müsbət saldo isə 0.9 milyard dollar artaraq 23.1 milyard dollara çatıb