ABŞ-ın Əmək Departamentinin verdiyi məlumata əsasən, ölkədə aprelin 27-də bitən həftədə İşsizlik Müavinəti Üzrə Müraciətlərin Sayı 208 min təşkil edib.
Fins.az xəbər verir ki, analitiklər göstəricinin 208 min səviyyəsindən 212 min səviyyəsinə qədər artacağını proqnozlaşdırmışdılar. Son dörd həftə ərzində müavinət üçün müraciətlərin ortalama sayı 3.5 min azalaraq 210 minə enib. Aprelin 20-də bitən həftədə ABŞ-da işsizlik müavinəti alanların ümumi sayı 1.774 milyon nəfər olub.