DÜNYA

27 Aprel

Qlobal bazarlara texnologiya dopinqi

Asiya texnologiya şirkətlərinin səhmləri, "Microsoft Corp." və "Alphabet Inc." proqnozları üstələyən güclü balans hesabatlarını açıqladıqdan sonra yüksəldi. "MSCI Asia Pacific Index"-ində "Samsung Electronics Co.", "Taiwan Semiconductor Manufacturing Co". və "Tencent Holdings Ltd." kimi texnologiya nəhənglərinin səhmlərindəki yüksəlişin köməyi ilə noyabr ayından bu yana ən yaxşı həftə yaşandı.

Fins.az xəbər verir ki, Yaponiya, Cənubi Koreya, Tayvan və Çində müqayisəli indekslər dəyər qazanıb. BOJ qərarından sonra Yapon yeninin ucuzlaşması da Yapon səhmlərini dəstəklədi.

ABŞ fond fyuçers indeksləri də texnologiya şirkətlərinin balans hesabatları tərəfindən dəstəklənərək yüksəldi. ABŞ-da cümə axşamı günü açıqlanan iqtisadi məlumatlardan sonra günü 6 baza bənd artımla tamamlayan ABŞ 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi bu səhər 4.69% səviyyəsində sabit qalıb.