DÜNYA

27 Aprel

Yellen: “ABŞ iqtisadiyyatı güclü performans sərgiləyir”

ABŞ-ın Maliyyə naziri Canet Yellen cümə axşamı “Reuters” agentliyinə bildirib ki, birinci rübdə ölkənin iqtisadi artım templərinin müsbət olması proqnozları artıb və inflyasiya daha normal səviyyələrə düşə bilər.

Fins.az xəbər verir ki, həmçinin Yellen ABŞ-ın ümumi daxili məhsulunun yanvar-mart ayları üçün ilkin göstəricilərinin gözləniləndən əhəmiyyətli dərəcədə zəif açıqlanması ilə bağlı reaksiya verərək, ABŞ iqtisadiyyatının çox və çox yaxşı performans göstərməyə davam etdiyini deyib.

Nazirliyin hesabatında iqtisadiyyatın illik 1.6% artım tempi göstərdiyi bildirilib. Bu göstərici iqtisadçıların 2.4%-lik proqnozlarından aşağı və 2023-cü ilin dördüncü rübü ilə müqayisədə 2 dəfə zəifdir. Belə hal ticarətin və ehtiyatların əhəmiyyətli dərəcədə yavaşlaması fonunda baş verib.

Yellen bildirib: “Mənim ən çox diqqətimi çəkən şey istehlak və investisiya xərclərinin dinamikasıdır. Son tələbin bu iki elementi keçən ilki artım templərinə uyğun idi, ona görə də onlar davamlılıq nümayiş etdirməyə davam etdiyi üçün ABŞ iqtisadiyyatının əsas gücüdür”.