DÜNYA

24 Aprel

Avropa İttifaqının yeni maliyyə qaydaları təsdiqlənib

AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Aİ-nin yeni maliyyə qaydaları səs çoxluğu ilə qəbul edilib.

Fins.az xəbər verir ki, müvafiq olaraq, üzv ölkələrin dövlət borcları, büdcə kəsirləri mərhələli, davamlı və böyüməyə uyğun şəkildə azalacaq.

Rəqəmsal və yaşıl transformasiya, sosial, müdafiə xərcləri də daxil olmaqla müəyyən strateji sahələrə investisiyalar qorunacaq.

Komissiya dövlət borcunun ÜDM-in 60 faizindən çox olduğu və ya dövlət kəsirinin ÜDM-in 3 faizindən çox olduğu üzv ölkələrə istinad trayektoriyaları təqdim edəcək.

İstinad trayektoriyası üzv ölkənin dövlət borcunun 4 illik fiskal uyğunlaşma dövrünün sonunda ağlabatan azalma tendensiyası göstərməsini və ya orta müddətli perspektivdə ehtiyatlı səviyyədə qalmasını təmin etməyə yönəldiləcək.

Bu istinad trayektoriyası borc səviyyələrini azaltmaq, borcun davamlılığını qorumaq və büdcə kəsirini 3 faizdən aşağı saxlamaq məqsədi daşıyacaq.

Dövlət borcunun ÜDM-in 90 faizindən çox olduğu ölkələr onu ildə orta hesabla 1 faiz, 60 faizi keçən ölkələr isə orta hesabla 0,5 faiz azaldacaq.

Günel Məlikzadə
Fins.az