DÜNYA

24 Aprel

Bu ölkədə birdəfəlik plastik istifadəsi qadağa edilib

Honq-Konq Ətraf Mühitin Mühafizəsi Departamentinin rəsmi saytında dərc edilən açıqlamada birdəfəlik plastiklərə qadağanın başladığı bildirilib.

Fins.az xəbər verir ki, böyük qida istehsalçısı və istehlakçısı olduğu üçün çoxlu miqdarda plastik, strafor istehlak edilən Honq-Konqda bu sahədə tətbiq edilən qadağa bu gündən qüvvədə olacaq.

Bildirilib ki, yeni qanuna əsasən, çəngəl, bıçaq, saman və boşqab kimi birdəfəlik məhsulların satışı, paylanması qadağan edilir. Lakin qadağa hələlik paket servisdə istifadə edilən plastik qida qablarına və fincanlara şamil edilmir.

Gələn ildən tətbiqi gözlənilən qadağanın ikinci mərhələsində birdəfəlik plastik məmulatların hamısını, o cümlədən paketləri əhatə edəcəyi vurğulanıb.

Bildirilib ki, keçid dövründə 6 aylıq güzəşt müddəti verilən restoranların əksəriyyəti yeni tədbiri həyata keçirməyə başlayıb.

Günel Məlikzadə
Fins.az