DÜNYA

23 Aprel

"İnkişaf Yolu Layihəsi" ilə Avropaya fasiləsiz nəqliyyat

Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, İraqda İnkişaf Yolu Layihəsi ilə bağlı müzakirələrin aparıldığını bildirib. Nazir Uraloğlu bildirib ki, görüşlər çərçivəsində Türkiyə, İraq, Qətər və BƏƏ arasında "İnkişaf Yolu Layihəsi üzrə Birgə Əməkdaşlıq Anlaşma Memorandumu" imzalanıb.

Fins.az xəbər verir ki, layihə ilə İraqdakı Böyük Fav Limanının əhəmiyyətli bir tranzit mərkəzi olaraq dizayn edildiyini qeyd edən Uraloğlu, Türkiyə üzərindən Asiya və Avropa arasında səyahət müddətini əhəmiyyətli dərəcədə azaltdıqlarını açıqladı.

Nazir Uraloğlu, “Yeni İpək Yolu” olaraq xarakterizə edilən İnkişaf Yolu Layihəsi ilə Türkiyənin iqtisadi və geosiyasi vəziyyətinin daha da güclənəcəyini vurğulayaraq, “İnkişaf Yolu Layihəsi ilə Dünyadakı ticarət həcmi və Türkiyənin strateji mövqeyi olan FAV Limanı artıq 2016-cı ildən etibarən Londona karayolu və dəmir yolu ilə Avropanın hər ölkəsinə fasiləsiz nəqliyyat təmin edəcəyik" dedi.

Günel Məlikzadə
Fins.az