Prezident Ərdoğan ilə İraqın baş naziri Sudani arasında Bağdaddakı Hökumət Sarayında keçirilən görüşdən sonra iki ölkə arasında 26 əməkdaşlıq müqaviləsi imzalanıb.
Fins.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, "Cənab Rəşid, daha sonra isə Baş nazir cənab Sudani ilə görüşlərimizdə Türkiyə-İraq əlaqələrini geniş sahələrdə müzakirə etdik. Təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlıq bizim ən mühüm gündəmimizdən biri idi" dedi.
Görüşlərin ardından İraqın Baş naziri Sudani ilə Bağdaddakı Hökumət Sarayında təşkil edilən ortaq mətbuat konfransında danışan Ərdoğan, İraqın ortaq tarixi, insani və mədəni əlaqələri olan və strateji dəyər verdikləri qonşuları olduğunu vurğulayaraq, “Bizim İraqla qarşılıqlı hörmət prinsipi əsasında əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradəmiz var. İnanıram ki, mənim səfərim və yeni imzalanan müqavilələr Türkiyə-İraq münasibətlərində yeni bir dönüş nöqtəsi olacaq. Baş nazirlə imzaladığımız əməkdaşlıq möhkəm bir yol xəritəsi təşkil edir" dedi.
Günel Məlikzadə
Fins.az