DÜNYA

22 Aprel

Peskov: Rusiya ilə Azərbaycanın iqtisadi-ticari əlaqələri genişləndirməsi üçün potensialı var

Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün potensial var.

Fins.az RİA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada yerli mətbuata açıqlamasında deyib.

“Biz Azərbaycanın iqtisadi-ticarət sahəsində İtaliya və Türkiyədən sonra üçüncü tərəfdaşıyıq. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artırmaq üçün böyük ehtiyatları olan, yaxşı tərəfdaşımızdır”, - deyə D. Peskov bildirib.