ABŞ istiqrazları apreldə bu ilin ən pis ayını geridə qoymağa doğru getdiyi bir vaxtda, Fed gözləntiləri və Yaxın Şərqdəki gərginliklər səbəbiylə onsuz da əsəbi olan investorlar ABŞ Xəzinədarlığının borclanma cədvəlini izləməli olacaqlar.
Fins.az xəbər verir ki, ABŞ Xəzinədarlığı aprelin 23-də 69 milyard dollar dəyərində 2 illik istiqraz hərracı, 24 apreldə 5 illik 70 milyard dollarlıq, 25 apreldə isə 44 milyard dollarlıq 7 illik istiqraz auksionu keçirəcək.
2 və 5 illik istiqraz hərraclarının böyüklüyü rekord səviyyələrə işarə edərkən, ABŞ Xəzinədarlığı bir həftə ərzində cəmi 183 milyard dollar borc alacaq. 2 illik ABŞ istiqrazlarının faizi keçən həftəni 4,99 faizlə tamamlayıb. Buna görə də çərşənbə axşamı hərracda gəlir keçən ildən bəri ilk dəfə 5 faizə çata bilər.
Keçən ildən əvvəl bu səviyyə 10 ildən artıqdır müşahidə edilməyib. Brandywine Global Investment Management-dən Jack McIntyre görə, investorlar FED sədri Jerome Pauellinfaiz dərəcələrinin gözləniləndən daha gec azaldılacağına dair mesajından sonra istiqrazların faiz dərəcələrində müşahidə edilən 5 faiz səviyyəsindən qısamüddətli istiqrazlar almağa başlayıblar.
McIntyre, Fed-in inflyasiyadan çox tez geri çəkiləcəyi və faizləri çox tez azaltacağı təqdirdə gəlirlərin yenidən yüksələcəyini proqnozlaşdırıb.
Günel Məlikzadə
Fins.az