Scholz, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Avropa Birliyi (AB) Liderlər Zirvəsi sonrası təşkil etdiyi mətbuat konfransında Almaniyanın təşəbbüsü ilə zirvədə Türkiyə ilə əlaqələrin müzakirə edildiyini ifadə etdi.
Fins.az xəbər verir ki, sammitdə əlaqələrin inkişafı ilə bağlı ətraflı danışdıqlarını ifadə edən Scholz, "Türkiyə hər zaman asan olmayan, lakin mütləq əhəmiyyətli olan strateji tərəfdaşdır. Bu, birlikdə həll etməmiz lazım olan bir çox mövzu üçün keçərlidir. Ona görə də Gələcəyə baxan bir perspektiv lazımdır" dedi.
Şolz qeyd edib ki, bu, xüsusilə Gömrük İttifaqının inkişafı və modernləşdirilməsi sahəsində, onlar üçün vacib olan miqrasiya üzrə əməkdaşlıqda doğrudur.
Baş nazir Şolz bildirib ki, bu məsələlərin həlli də vacibdir, çünki Komissiyaya bu danışıqları aparmaq, o cümlədən viza rejiminin sadələşdirilməsi səlahiyyəti verilib.
Scholz Türkiyə və Kipr məsələsinin geniş şəkildə müzakirə edildiyini və bu mövzularda irəliləyişə ehtiyac olduğunu bildirib.
Günel Məlikzadə
Fins.az