Dünya Bankı Qrupunun Türkiyə üçün yeni hazırladığı CPF-nin ölkə iqtisadiyyatına və inkişafına töhfə verdiyi qeyd edilib.
Fins.az xəbər verir ki, bəzi izahatlar işığında özəl sektora dəstəyin sözügedən çərçivənin əsas məqsədlərindən biri olduğu vurğulanıb və əlavə edilib:
“Əslində yeni təqdim edilən 18 milyard dollarlıq paketin təxminən 12 milyard dolları Türkiyə üçün hazırlanan CPF-in əhatə dairəsi özəl şirkətlər tərəfindən qlobal bazarlarda rəqabət aparmaq və ölkədə məşğulluq yaratmaq üçün istifadə ediləcək.B u, imkanların yaxşılaşdırılmasına yönələcək".
Bəyanatda bildirilib ki, maliyyənin qalan hissəsi ötən ilki zəlzələlərin yaralarının sağalmasına, enerji təhlükəsizliyinin artırılmasına, sel, quraqlıq və meşə yanğınları kimi iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə yönəldiləcək.
Bundan əlavə, bəyanatda deyilir: "Sənəddə nəyi maliyyələşdirəcəyimiz və nəyi maliyyələşdirməyəcəyimiz aydındır".
Günel Məlikzadə
Fins.az