Dünya Bankı “Böyük dönüş: Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) Ölkələrində Perspektivlər, Risklər və Siyasətlər” adlı hesabatını dərc edib.
Fins.az xəbər verir ki, BİA-dan qrantlar, sıfır və aşağı faizli kreditlər almaq hüququna malik 75 ölkənin üzləşdiyi imkan, risklərin qiymətləndirildiyi hesabatda, yüksək potensiala baxmayaraq, 75 kövrək iqtisadiyyatın “tarixi dönüş”lə üzləşdiyi bildirilib.
Hesabatda bu ölkələrin yarısında ən zəngin iqtisadiyyatlarla gəlir fərqinin genişləndiyi vurğulanıb. Bu ölkələrin gənc əhalisi, zəngin təbii sərvətləri və bol günəş enerjisi potensialından tam şəkildə istifadə edilməsinin bu neqativliyi aradan qaldırmağa kömək edə biləcəyi vurğulanıb.
2020-2024-cü illərdə BİA ölkələrinin yarısında adambaşına düşən orta gəlirin zəngin iqtisadiyyatlara nisbətən daha yavaş artdığı bildirilir.
BİA-nın hər üç ölkəsindən birinin Covid-19 epidemiyasından əvvəlki ilə müqayisədə orta hesabla daha yoxsul olduğu qeyd edilib. Həddindən artıq yoxsulluq səviyyəsinin dünyanın qalan hissəsində orta hesabla 8 dəfədən çox olduğu bildirilib.
Hesabatda bildirilirdi ki, BİA ölkələrində hər 4 nəfərdən 1-i gündə 2,15 dollardan aşağı gəlirlə sağ qalmaq üçün mübarizə aparır .
Bu ölkələrdə yaşayan insanların aclıq və ya qida çatışmazlığı ilə üzləşən insanların yüzdə 90-nı təşkil etdiyi ifadə edilərək, bu ölkələrin yarısının ya borc sıxıntısı, ya da yüksək risk altında olduğuna diqqət çəkilib.
BİA ölkələrinin böyük investisiya ehtiyacları olduğuna diqqət çəkilərək, ən yoxsul ölkələrdə mövcud inkişaf və infrastruktur boşluqlarını aradan qaldırmaq, iqlimə qarşı dayanıqlılıq yaratmaq üçün ümumi daxili məhsulun (ÜDM) təxminən 10 faizini təşkil edən investisiya tələb olunduğu qeyd edilib.
Bankın hesabatında bildirilirdi ki, BİA ölkələrinə irəliləyiş əldə etmək və “uzunmüddətli durğunluq” riskini azaltmaq üçün əhəmiyyətli beynəlxalq maliyyə dəstəyinə ehtiyac olacaq.
BİA ölkələrinin yarıdan çoxu (ümumilikdə 39) Sub-Sahara Afrikasında yerləşir. Bunlardan 14-ü Şərqi Asiyada, əsasən kiçik ada dövlətlərində, 8-i isə Latın Amerikası və Karib hövzəsində yerləşir. Qeyd olunur ki, Cənubi Asiyada Hindistandan başqa bütün ölkələr BİA ölkələridir.
Bu ölkələrin 31-də adambaşına düşən gəlir ildə 1315 dollardan aşağıdır. Bildirilir ki, bunlardan 33-ü kövrək və münaqişələrdən təsirlənən dövlətlərdir.
Günel Məlikizadə
Fins.az