Fins.az ABŞ-ın Ticarət Nazirliyinin mətbuat xidmətindən verilən məlumatlara əsasən, xəbər verir ki, fevral ayı ilə müqayisədə mart ayında ölkədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi 0.7% artıb. Analitiklər göstəricinin yalnız 0.3% artacağını proqnozlaşdırmışdılar. Fevral ayı üzrə göstərici yeniləndi və 0.9% artım təşkil etdi. Bununla yanaşı, mart ayında avtomobil və komponentləri istisna olmaqla, Pərakəndə Satış Dövriyyəsinin Həcmi əvvəlki ay ilə müqayisədə 1.1% artıb. Fevral ayı üzrə göstərici yenilənib və 0.6% təşkil edib.