DÜNYA

15 Aprel

Analitiklər ABŞ-da pərakəndə satışların 0.4% artacağını proqnoz edirlər

Fins.az xəbər verir ki, analitiklərin fikrincə, ABŞ-da pərakəndə satışların həcmi fevral ayı ilə müqayisədə mart ayında aylıq ifadədə 0.4% artıb.

Rəsmi statistika bugün, aprelin 15-də, Bakı vaxtı ilə saat 16:30-da ABŞ Ticarət Departamentinin press-relizində dərc olunacaq.

Həmçinin qeyd etmək lazımdır ki, bugün “Eurostat” Avrozona ölkələrində sənaye istehsalının həcmi haqqında statistik məlumatları açıqlayacaq. Ekspertlərin proqnozlarına əsasən, birliyə daxil olan ölkələrdə ümumi sənaye istehsalının həcmi yanvarda 6.7% azaldıqdan sonra, fevral ayında illik ifadədə 4.2% azalıb. Aylıq ifadədə isə 1.1% artım proqnozlaşdırılır.