DÜNYA

11 Aprel

Çin ilə Serbiya arasında investisiya və ticarət məsələləri müzakirə edilib

Çin Xalq Respublikasının kommersiya naziri Van Ventao Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə iki ölkə arasında ticarət və investisiya əməkdaşlığı məsələlərini müzakirə edib.

Fins.az xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.

Belqradda keçirilən görüşdə Van Ventao bildirib ki, Çin ticarət, investisiya və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın sürətləndirilməsi üçün Serbiya ilə işləməyə hazırdır. Pekin, həmçinin rəqəmsallaşma, ekologiya və sərgi layihələri kimi sahələrdə əlaqələri möhkəmləndirmək niyyətindədir. Nazir vurğulayıb ki, iki dövlətin liderlərinin rəhbərliyi ilə Çin və Serbiya qeyd olunan sahələrdə əməkdaşlığı uğurla dərinləşdirir və genişləndirir.

Nazirliyin məlumatında bildirilir ki, Aleksandar Vuçiç Serbiya-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsinə dəstəyini ifadə edib. O, həm ticari-iqtisadi sahədə, həm də digər sahələrdə əməkdaşlıqda gələcək uğurlara ümidvar olduğunu söyləyib.

 

 

© azertac