DÜNYA

09 Aprel

Yellen Çinə qarşı sanksiyalarla bağlı xəbərdarlıq edib

ABŞ Maliyyə Naziri Janet Yellen 4 günlük səfərinin ardından paytaxt Pekində keçirdiyi mətbuat konfransında Çin iqtisadiyyat rəhbərliyi ilə əlaqələrini dəyərləndirib.

Fins.az xəbər verir ki, Çin iqtisadiyyatında davam edən makroiqtisadi tarazlıqlara, xüsusilə ev təsərrüfatlarının zəif istehlakına cavab olaraq irimiqyaslı dövlət subsidiyaları ilə bəzi xüsusi sənayelərə həddindən artıq investisiya qoyulmasına diqqət çəkən Yellen, bunun Amerika şirkətləri və işçiləri, eləcə də digər ölkələr üçün risklər yaratdığını bildirib. 

Yellen bildirib ki, Çin iqtisadiyyatında hər zaman qənaət artıqlığı olub, lakin bunun böyük hissəsi daşınmaz əmlak sektoruna investisiyalara və dövlət tərəfindən idarə olunan infrastruktur tikintisinə xərclənib. Bu gün Çinin sənaye siyasəti bəzi “yeni” sənaye sahələrini hədəfləyib. Elektrikli nəqliyyat vasitələri, litium-ion akkumulyatorlar və günəş panelləri istehsalı kimi biznes investisiyalarında artım olduğunu ifadə etdi.

Günel Məlikzadə
Fins.az